Skip to main content

Əli Xamenei Mündəricat Həyatı | Təhsili | Siyasi mübarizələri | Siyasi fəaliyyəti | Əsərləri | İstinadlar | Xarici keçidlər | Həmçinin bax | Naviqasiya menyusuwww.khamenei.ir"Ayətullah Xameneinin tərcümeyi-halı""Iran and the Caucasus: The Triumph of Pragmatism over Ideology – Centre for World Dialogue""Azeris unhappy at being the butt of national jokes""Iran at sea over Azerbaijan"Arxivləşdirilib:Əli Xameneinin rəsmi saytıİran Ali Rəhbərliyinin rəsmi saytıƏli XameneiƏli XameneiƏli XameneiƏli XameneiƏli Xamenei"Eşinin Dilinden İmam Hamenei"

17 iyulda doğulanlar1939-cu ildə doğulanlarİran siyasətçiləriİran prezidentləriMəşhəddə doğulanlarAyətullahlarCənubi azərbaycanlı ayətullahlar


fars17 iyul1939Məşhədİranİranın 2-ci Ali Rəhbəri4 iyun1989İran İslam Respublikasının 3-cü prezidenti13 oktyabr19813 avqust1989İslam Respublikası Partiyasın15 iyul198115 may1987müctəhidAyətullah əl-üzmamərceyi-təqlidseyid17 iyul1939H.Ş.H.Q.İranMəşhədHöccətül-İslam vəl-müslimin1981İmam Xomeyni (r.ə)İmam Xomeyninin1989Vikianbarda










(function()var node=document.getElementById("mw-dismissablenotice-anonplace");if(node)node.outerHTML="u003Cdiv class="mw-dismissable-notice"u003Eu003Cdiv class="mw-dismissable-notice-close"u003E[u003Ca tabindex="0" role="button"u003Egizləu003C/au003E]u003C/divu003Eu003Cdiv class="mw-dismissable-notice-body"u003Eu003Cdiv id="localNotice" lang="az" dir="ltr"u003Eu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="VikiBahar 2019"u003Eu003Cimg alt="VikiBahar 2019" src="//upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/CEE_Spring_Logo_vertical.jpg/40px-CEE_Spring_Logo_vertical.jpg" decoding="async" width="40" height="70" srcset="//upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/CEE_Spring_Logo_vertical.jpg/60px-CEE_Spring_Logo_vertical.jpg 1.5x, //upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/CEE_Spring_Logo_vertical.jpg/80px-CEE_Spring_Logo_vertical.jpg 2x" data-file-width="800" data-file-height="1400" /u003Eu003C/au003Eu003C/divu003Eu003Cdiv class="floatright"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1" title="Fauna ayı"u003Eu003Cimg alt="Fauna ayı" src="//upload.wikimedia.org/wikipedia/az/thumb/2/26/Fauna-loqo.png/50px-Fauna-loqo.png" decoding="async" width="50" height="50" srcset="//upload.wikimedia.org/wikipedia/az/thumb/2/26/Fauna-loqo.png/75px-Fauna-loqo.png 1.5x, //upload.wikimedia.org/wikipedia/az/thumb/2/26/Fauna-loqo.png/100px-Fauna-loqo.png 2x" data-file-width="200" data-file-height="200" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E istifadəçiləri 21 mart - 31 may 2019-cu il tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediyalarda təşkil edilən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003Eu003Cbu003EVikiBahar 2019u003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində iştiraka dəvət edir. u003Csmallu003EParalel olaraq 1-31 mart 2019-cu il tarixlərində davam edən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Fauna ayı"u003Eu003Cbu003EFauna ayı u003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində də iştirak edə bilərsiniz.u003C/smallu003E Siz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003EVikiBahar 2019u003C/au003E / u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Fauna ayı"u003EFauna ayıu003C/au003E və u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1/Plan" title="Vikipediya:Mövzulu ay/Fauna ayı/Plan"u003EPlanu003C/au003E u003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Eu003C/divu003Eu003C/divu003Eu003C/divu003E";());




Əli Xamenei




Vikipediya, açıq ensiklopediya






Jump to navigation
Jump to search




























































Seyyid Əli Hüseyni Xamenei
fars. سید علی حسینی خامنه‌ای
Fotoqrafiya




İran İslam İnqilabının 2-ci Ali Rəhbəribayraq

4 iyun 1989 — h.h.
Baş nazirMir Hüseyn Musəvi
Prezident
Haşimi Rəfsəncani
Məhəmməd Hatəmi
Mahmud Əhmədinecad
Həsən Ruhani
SələfiXomeyni




bayraqİran İslam Respublikasının 3-cü prezidentibayraq

13 oktyabr 1981 — 3 avqust 1989
SələfiMəhəmmədəli Rəcai
XələfiƏkbər Haşemi Rəfsəncani




bayraq
İslam Respublikası Partiyasının lideri
bayraq

15 iyul 1981 — 15 may 1987
SələfiMəhəmməd Cavad Bahonar
Xələfipartiya ləğv edilib




bayraq
İranın müdafiə naziri
bayraq
1980
SələfiMustafa Çamran
XələfiCavad Fəxuri


Partiya
İslam Respublikası Partiyası (1979-1987)
Təhsili
Nəcəf Elmi Hövzəsi
Qum Elmi Hövzəsi
Elmi dərəcəsi
Ayətullah əl-üzma
İxtisası
İlahiyyat
Fəaliyyəti
Siyasətçi, İlahiyyatçı
Doğum tarixi
17 iyul 1939 (1939-07-17) (79 yaş)
Doğum yeri
Flag of Iran.svg İran, Məşhəd
Milliyyəti
azərbaycanlı
Atası
Seyyid Cavad Hüseyni Xamenei
Həyat yoldaşı
Xocastə Bağırzadə
Uşaqları
Müctəba
Mustafa
Məsud
Meysəm
Xuda
Büşra

Qoşun növü
İran İnqilab keşikçiləri Ordusu
Döyüşlər
İran-İraq müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi
İslam
Tanınır
Siyasətçi, İlahiyyatçı



İmza
www.khamenei.ir

Commons-logo.svgƏli Xamenei Vikianbarda

Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای; Seyyid Əli Hüseyni Xamenei; 17 iyul 1939, Məşhəd, İran) — İranın 2-ci Ali Rəhbəri (4 iyun 1989 — h.h.); İran İslam Respublikasının 3-cü prezidenti (13 oktyabr 1981 — 3 avqust 1989); İslam Respublikası Partiyasının lideri (15 iyul 1981 — 15 may 1987). Əslən azərbaycanlı olan iranlı müctəhid, Ayətullah əl-üzma, mərceyi-təqlid, ictimai-siyasi xadim, seyid.




Mündəricat





  • 1 Həyatı


  • 2 Təhsili

    • 2.1 Elmiyyə hövzəsində


    • 2.2 Nəcəf şəhərinin elmiyyə hövzəsində


    • 2.3 Qum şəhərinin elmiyyə hövzəsində



  • 3 Siyasi mübarizələri

    • 3.1 Xomeyni hərəkatında


    • 3.2 İkinci həbs


    • 3.3 Üçüncü və dördüncü həbs


    • 3.4 Beşinci həbs


    • 3.5 Altıncı həbs


    • 3.6 Sürgündə


    • 3.7 Qələbə ərəfəsində



  • 4 Siyasi fəaliyyəti


  • 5 Əsərləri


  • 6 İstinadlar


  • 7 Xarici keçidlər


  • 8 Həmçinin bax




Həyatı |


Əli Xamenei 17 iyul 1939-cu ildə (H.Ş. 24.04.1318; H.Q. 28.02.1358) İranın Məşhəd şəhərində atası Höccətül-İslam vəl-müslimin Seyyid Cavad Xameneinin evində anadan olmuşdur.[1] Mənbələr onun etnik Azərbaycanlı olmasıyla bağlı həmfikirdir.[2][3][4][5]


Əli Xameneinin öz dediyinə görə uşaqlığı yoxsul keçmişdir: "Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi".[1]


Əli Xamenei doğulduğu ev haqqında isə belə demişdir: "Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu"[1]



Təhsili |


Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.



Elmiyyə hövzəsində |


Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.


O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.



Nəcəf şəhərinin elmiyyə hövzəsində |


Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.


1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.



Qum şəhərinin elmiyyə hövzəsində |


Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: “Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir".


Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, “mirvari suyu”ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!


O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.


Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi almışdır.


Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.


1989-cu ildə Ayətullah Xamenei xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir.


Ayətullah Seyyid Əli Xameneinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı:


  1. Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 06.08.1990

  2. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24.07.1990

  3. Həzrət Ayətullah  Hacı Şeyx Abdulla Cavadi Amili – 24.07.1990

  4. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Mömin – 04.08.1990

  5. Həzrət Ayətullah  Hacı Şeyx Yusif Saneyi – 26.08.1990

  6. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Yəzdi – 17.06.1990

  7. Həzrət Ayətullah  Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12.12.1994

  8. Həzrət Ayətullah  Hacı Seyid Cəfər Kərimi – 01.12.1994

  9. Həzrət Ayətullah  Hacı Şeyx Mortəza Bəni Fəzl – 01.12.1994

  10. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Yəzdi

  11. Həzrət Ayətullah  Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6-1415 h.q                    

  12. Həzrət Ayətullah  Hacı Şeyx Əhməd Cənnəti – 15/9-1373                    

  13. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Cənnati – 9/9-1373                    

  14. Həzrət Ayətullah  Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415               

  15. Həzrət Ayətullah  Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415                   

  16. Həzrət Ayətullah  Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı                   

  17. Həzrət Ayətullah  Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9-1373                

  18. Həzrət Ayətullah  Hacı Şeyx Abbas Məhfuzi                

  19. Həzrət Ayətullah  Şeyx Əliəsğər  Məsumi – 11/9-1373                   

  20. Həzrət Ayətullah  Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415              

  21. Həzrət Ayətullah  Musəvi Həmədani – 12/9-1373                   

  22. Həzrət Ayətullah  Hacı Şeyx Hadi Ruhani                

  23. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9-1373

  24. Həzrət Ayətullah  Seyid  Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q 

  25. Həzrət Ayətullah  Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9-1373

  26. Həzrət Ayətullah  Hacı Şeyx Əbdülhüseyn Qərəvi –  26 cəmadiolsani 1415 h.q

  27. Həzrət Ayətullah  Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q                  

  28. Həzrət Ayətullah  Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q                

  29. Həzrət Ayətullah  Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9-1373                  

  30. Həzrət Ayətullah  Hacı Seyid Əli Şəfii – 12/9-1373                    

  31. Həzrət Ayətullah  Hacı Seyid İsmayıl Haşimi – 12/9-1373                    

  32. Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q

  33. Həzrət Ayətullah  Hacı Şeyx Hadi Barikbin                    

  34. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q

  35. Höccətülislam Hacı Şeyx Əhməd  Möhseni Qorqani – 10/9-1373                 

  36. Həzrət Ayətullah  Hacı Şeyx Abbas Vaiz Təbəssi –  29 cəmadiolsani 1415 h.q                

  37. Həzrət Ayətullah  Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q                  

  38. Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi.                    

  39. Həzrət Ayətullah  Qərəvian – 13/9-1373                    

  40. Höccətülislam Seyid Yəhya Cəfəri                

  41. Həzrət Ayətullah  Hacı Şeyx Məhəmməd  Hüseyn                   

  42. Həzrət Ayətullah  Malik Hüseyni – 15/9-1373

  43. Həzrət Ayətullah  Hacı Seyid Məhəmməd Əli Cəzayeri


Siyasi mübarizələri |


Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, “Süleyman xan” mədrəsəsində “İslam dirçəlişi və dini dövlət”, “Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar” mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xamenei “Süleyman xan” mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: “Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı”.



Xomeyni hərəkatında |


Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşmışdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı.



İkinci həbs |


1383-cü ilin ramazan ayında (1342-ci il, bəhmən ayı) Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2-3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatmışdır. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın “Qızılqala” həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı.



Üçüncü və dördüncü həbs |


Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur.


Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur.



Beşinci həbs |


Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: “48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar.


Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı”.



Altıncı həbs |


1350-1553-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: “Kəramət”, “İmam Həsən”, “Mirzə Cəfər” məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri “Nəhcül-bəlağədən seçmələr” başlığı altında çap olunmuş broşüralardan keçilirdi.


Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: “Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər”.


Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.



Sürgündə |


1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.


On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.



Qələbə ərəfəsində |


İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə “İslam İnqilabı Şurası” təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.



Siyasi fəaliyyəti |


  1. İnqilab şurasının üzvü

  2. Sistan və Bluçestan məmurluğu

  3. İslam İnqilab ordusunun rəhbəri

  4. Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu)


  5. İmam Xomeyni (r.ə)-in ali müdafiə şurasındakı müşaviri

  6. Ölkə prezidentliyi.

Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "...Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz."


İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi.



Əsərləri |


  1. İmam Həsən Müctəbanın (ə) Sülhü

  2. İmam Səccadın (ə) həyatı barədə təhqiqat

  3. İmam Rza (ə)

  4. İmam Rzanın (ə) siyasi şəxsiyyəti

  5. İslamda hökumət

  6. Nəhcül-Bəlağədən dərslər

  7. Vilayət Nurları

  8. Əxlaq dərsi

  9. İslamı düzgün anlamaq

  10. Şəhadət ətri

  11. Məzlumiyyət fəryadı

  12. Əcvibətul İstiftaat və s.


İstinadlar |




  1. 1,01,11,2 "Ayətullah Xameneinin tərcümeyi-halı" ( (azərb.)). leader.ir. 2010-02-06. Arxivləşdirilib: [1] saytından 2016-12-27 tarixində. https://web.archive.org/web/20161227141304/http://leader.ir/az/content/14149/Bioqrafiya. İstifadə tarixi: 2016-12-27.


  2. Encyclopedia of the Peoples of Africa and the Middle East – Facts on File, Incorporated, 2009, p.79


  3. "Iran and the Caucasus: The Triumph of Pragmatism over Ideology – Centre for World Dialogue". Worlddialogue.org. http://www.worlddialogue.org/content.php?id=150. İstifadə tarixi: 1 January 2014.


  4. "Azeris unhappy at being the butt of national jokes". IRIN. UN Office for the Coordination of Humanitarian Affairs. 25 May 2006. Arxivləşdirilib: [2] saytından 14 August 2007 tarixində. https://web.archive.org/web/20070814165654/www.irinnews.org/report.aspx?reportid=26910. İstifadə tarixi: 19 June 2009.


  5. "Iran at sea over Azerbaijan". Asia Times Online. 28 September 2004. Arxivləşdirilib: 18 June 2009 tarixində. http://www.atimes.com/atimes/Middle_East/FI28Ak01.html. İstifadə tarixi: 19 June 2009. Indeed, Iran's leader Ali Khamenei is an ethnic Azeri and so is Rahim Safavi, the overall commander of the Islamic Revolutionary Guards Corps (IRGC) and the most important military-security official in the country.



Xarici keçidlər |



  • Əli Xameneinin rəsmi saytı

  • İran Ali Rəhbərliyinin rəsmi saytı


  • Əli Xamenei — Facebook səhifəsi  (ing.)


  • Əli Xamenei — YouTube kanalı  (ing.)


  • Əli Xamenei — Twitter səhifəsi  (ing.)


  • Əli Xamenei — Instagram səhifəsi  (fars.)


  • Əli Xamenei — Telegram səhifəsi

  • Sabahattin Türkyılmaz (2014-01-14). "Eşinin Dilinden İmam Hamenei" (tr). rasthaber.com. http://rasthaber.com/yazar_17787_839_esinin-dilinden-imam-hamenei.html. İstifadə tarixi: 2014-01-28.




Commons-logo.svg
   


Vikianbarda Əli Xamenei ilə əlaqəli mediafayllar var.





Wikiquote-logo.svg
   


Vikisitatda Əli Xamenei ilə əlaqəli məlumatlar var.





Həmçinin bax |


  • Şiə alimlərinin siyahısı



Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Əli_Xamenei&oldid=4646867"










Naviqasiya menyusu




























(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.784","walltime":"0.946","ppvisitednodes":"value":9052,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":73437,"limit":2097152,"templateargumentsize":"value":19262,"limit":2097152,"expansiondepth":"value":23,"limit":40,"expensivefunctioncount":"value":20,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":4822,"limit":5000000,"entityaccesscount":"value":21,"limit":400,"timingprofile":["100.00% 786.964 1 -total"," 70.80% 557.194 1 Şablon:Dövlət_xadimi"," 69.00% 542.990 1 Şablon:Kartoçka2"," 19.07% 150.059 9 Şablon:Wikidata"," 10.42% 82.012 1 Şablon:İstinad_siyahısı"," 9.83% 77.391 1 Şablon:Kartoçka/orijinal_ad"," 8.29% 65.221 4 Şablon:Cite_web"," 7.66% 60.261 4 Şablon:PAGENAMEBASE"," 7.33% 57.650 5 Şablon:Citation/core"," 7.19% 56.598 4 Şablon:Strloc_prefix"],"scribunto":"limitreport-timeusage":"value":"0.335","limit":"10.000","limitreport-memusage":"value":6924858,"limit":52428800,"cachereport":"origin":"mw1238","timestamp":"20190329200535","ttl":3600,"transientcontent":true);mw.config.set("wgBackendResponseTime":1098,"wgHostname":"mw1238"););

Popular posts from this blog

Reverse int within the 32-bit signed integer range: [−2^31, 2^31 − 1]Combining two 32-bit integers into one 64-bit integerDetermine if an int is within rangeLossy packing 32 bit integer to 16 bitComputing the square root of a 64-bit integerKeeping integer addition within boundsSafe multiplication of two 64-bit signed integersLeetcode 10: Regular Expression MatchingSigned integer-to-ascii x86_64 assembler macroReverse the digits of an Integer“Add two numbers given in reverse order from a linked list”

Category:Fedor von Bock Media in category "Fedor von Bock"Navigation menuUpload mediaISNI: 0000 0000 5511 3417VIAF ID: 24712551GND ID: 119294796Library of Congress authority ID: n96068363BnF ID: 12534305fSUDOC authorities ID: 034604189Open Library ID: OL338253ANKCR AUT ID: jn19990000869National Library of Israel ID: 000514068National Thesaurus for Author Names ID: 341574317ReasonatorScholiaStatistics

Kiel Indholdsfortegnelse Historie | Transport og færgeforbindelser | Sejlsport og anden sport | Kultur | Kendte personer fra Kiel | Noter | Litteratur | Eksterne henvisninger | Navigationsmenuwww.kiel.de54°19′31″N 10°8′26″Ø / 54.32528°N 10.14056°Ø / 54.32528; 10.14056Oberbürgermeister Dr. Ulf Kämpferwww.statistik-nord.deDen danske Stats StatistikKiels hjemmesiderrrWorldCat312794080n790547494030481-4